Rusiyaya uçuşların dayandırılması 25 mln. dollar zərər vurdu


14:22     29 İyul 2019 2019/07/46c21383-db09-457c-a402-d1dc54052688_1564395750.jpg

Rusiyaya birbaşa aviadaşımaların qadağan olunması “Gürcüstan hava yolları” şirkətinə, təxminən, 25 mln. dollar zərər vurub.


Bu barədə aviaşirkət məlumat yayıb.

Rusiyaya uçuşların dayandırılması Gürcüstanın əsas aviadaşıyıcısının maliyyə durumuna ciddi təsir edib. Aviaşirkət satılan biletlərinin 80%-ni geri qaytarmalı olub, bilet almaq istəyən sərnişinlərin sayı isə kəskin azalıb.

Şirkət rəhbərliyi maliyyə yardımı ilə bağlı Gürcüstan hökumətinə müraciət edib. Hökumət “Gürcüstan hava yolları”nın ağır maliyyə vəziyyətini nəzərə alaraq müraciəti nəzərə alıb və zərərin müəyyən hissəsini kompensasiya etməyə qərar verib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa aviadaşımalara iyulun 8-dən qadağa qoyulub. Hazırda “Gürcüstan hava yolları” şirkəti Rusiyadan Yerevan vasitəsilə Ermənistanın tərəfdaş şirkətinin dəstəyi ilə Gürcüstana sərnişin daşıyır.

Gürcüstan hökumətinin qərarı ilə Rusiyadan tranzit uçuşlara 600 min avroya qədər subsidiya ödəniləcək.

Femida.az

Açar sözlər: #Rusiya  

Oxunub: 507