Güclü külək Gənc İstedadlar Liseyinə də ziyan vurdu - FOTOLAR


14:01     05 Avqust 2019 2019/08/67567203_347124919569108_3940788122219970560_n_1564999211.jpg


Güclü külək Bakıda fəsadlar törədib.


Femida.az xəbər verir ki, Yasamal rayonunda Əhməd Cəmil küçəsində ağac qoparaq Gənc İstedadlar Litseyinin həyətindəki tikiliyə ziyan vurub. Belə ki, ağac litseyin həyətindəki qazanxanın damı üzərinə düşüb. Ağacın digər hissəsi isə yola düşüb və piyadalar üçün gediş-gəlişi məhdudlaşdırıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Amin





Femida.az

Açar sözlər: #külək   #lisey  

Oxunub: 536