ARDNF 146 milyard dollar gəlir əldə edib


12:44     08 Avqust 2019 neft%20fondu2.PNG


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər “Azəri-Çıraq-Günəşli” (AÇQ) neft yataqları blokunun işlənməsindən 143,366 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.


Femida.az Fonda istinadən xəbər verir ki, bunun 5,16 milyard dolları bu il əldə olunub.

Bundan başqa, ARDNF-ə 2017-ci ildən etibarən “Şahdəniz” yatağı üzrə qazın satışından isə 2,703 milyard dollar vəsait daxil olub. Bunun isə 209 milyon dolları bu ilin payına düşüb.

Beləliklə, Fond indiyə qədər neft-qaz layihələrindən 146,069 milyard dolar gəlir əldə edib.

Femida.az

Açar sözlər: #ARDNF  

Oxunub: 604