Bu il həcc ziyarətinə 1,8 milyon zəvvar gedib


12:50     08 Avqust 2019 19_08_08_1565254177.jpg


Səudiyyə Ərəbistanının baş pasport-viza xidməti xarici ölkələrdən zəvvarların həcc ziyarətinə gəlməsi prosesinin başa çatdıgını bəyan edib.


AZƏRTAC xəbər verir ki, Krallıgın baş pasport-viza xidmətinin baş direktoru Süleyman ibn Əbdül Əziz əl-Yahya mətbuata açıqlamasında bildirib ki, 2019-cu ildə həcc ziyarətinə xaricdən gələn zəvvarların sayı 1 838 339 nəfərə çatıb. Onun sözlərinə görə, zəvvarlardan 1 725 455 nəfəri hava, 95 634-ü avtomobil və 17 250-si dəniz yolu ilə ölkəyə daxil olub.

Femida.az

Açar sözlər:

Oxunub: 502