Ərdoğanın Bakıya səfər tarixi bilindi


10:00     09 Avqust 2019 ocalan-erdogan-selahattin-eyyubi-olabilir_0.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi açıqlanıb.


"Takvim" xəbər verir ki, R.T.Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək. O, Bakıda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

Bundan əvvəl, sentyabrın 11-də dövlət başçısı Ankarada Türkiyə, Rusiya və İran tərəfinin iştirakı ilə Suriya məsələsi üzrə zirvə görüşündə qatılacaq. Görüşdə İdlib və Fəratın şərqindəki proseslər daxil olmaqla, Suriyada baş verən hadisələr müzakirə olunacaq. Həmçinin "sülh dəhlizi"nin yaradılması planları ilə bağlı danışıqlar aparılacaq.

24 sentyabrda isə Türkiyə Prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.

Açar sözlər:

Oxunub: 510