Toyda kütləvi dava - 4 nəfər bıçaqlandı


09:25     15 Avqust 2019 ambulans06iyul.jpg

Bakının Binəqədi rayonunda kütləvi dava olub.


Femida.az xəbər verir ki, 9 mikrorayonda yerləşən "Üzeyir" şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.

Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #dava  

Oxunub: 440