Nikol Paşinyan baş məsləhətçisini vəzifəsindən azad edib


18:05     15 Avqust 2019 19_08_15_1565872210.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan baş məsləhətçisini vəzifəsindən azad edib.

Femida.az -ın “tert.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın baş naziri bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Nikol Paşinyanın baş məsləhətçisi Aram Qaribyan 2019-cu il sentyabrın 2-dən etibarən səlahiyyətlərinin icrasını dayandıracaq.

Digər qərara əsasən, baş nazirin köməkçisi Mqer Saakyan və xarici siyasət məsələləri üzrə müşaviri Arsen Qasparyan da vəzifələrindən azad olunublar.

Açar sözlər:

Oxunub: 1110