Bəşər Əsədin əsl soyadı açıqlandı


20:57     16 Avqust 2019 19_08_16_1565972460.jpg

Suriya prezidenti Bəşər Əsədin müxalif əmisi oğlu Firas Əsəd soyadları ilə bağlı maraqlı açıqlama verib.

Femida.az -ın xarici KİV-ə istinadən məlumatına görə, Firas Əsəd babası Əli Əsədin soyadlarını “canavar” mənası verən Vahştdan “şir” mənasını ifadə edən “Əsəd”ə dəyişdiyini deyib. Firas bu barədə məlumatı sosial şəbəkədə paylaşıb. O, “hamı sürətlə paylaşsın və qeyd eləsin. Şikayətlər səbəbindən postum silinə bilər” deyə xəbərdarlıq da edib.

Xatırladaq ki, Firas Əsəd daha əvvəl Bəşər Əsədin azı 500 mülki vətəndaşı və ələvi məzhəbindən olan 100 mindən çox suriyalını öldürdüyünü bildirmişdi.

Açar sözlər:

Oxunub: 498