Ukraynada oteldə yanğın nəticəsində 8 nəfər ölüb


09:14     17 Avqust 2019 balekende%20yangin%20oldu%20femida0.jpg


Ukraynanın Odessa şəhərində “Tokyo Star” otelində baş verən yanğında səkkiz nəfər ölüb.


Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Yanğında səkkiz nəfər dünyasını dəyişib, 10 nəfər yaralanıb. Onlardan yeddisi Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən xilas edilib”, deyə məlumatda bildirilir.

Yanğın avqustun 16-dan 17-nə keçən gecə baş verib. İkinci mərtəbədən başlayan yanğın 1000 kvadrat metr sahəni əhatə edib.

Yanğının söndürülməsi üçün 65 xilasedici və 13 texnika cəlb olunub. Yanğının səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Ukrayna  

Oxunub: 470