Uşağın bağırsaqlarından 64 ədəd maqnit çıxarıldı


18:47     21 Avqust 2019 19_08_21_1566395274.jpg

6 yaşlı oğlan anasının ona aldığı oyuncaqda olan maqnit kürəcikləri udub.


O, hərdən 1-2 maqnit udaraq bunu nəzərəçarpmadan edib.

Femida.az medicina.az-a istinadən bildirir ki, Çində baş vermiş bu hadisədə uşaq kəskin qarın ağrıları ilə xəstəxanaya yerləşdirilib. Həkimlər rentgendə bir-birinə yapışmış yumru boyunbağı kimi yad cisim görür.

Əməliyyat zamanı uşağın bağırsağından 65 ədəd maqnit kürəcək götürülür.

3 saat davam edən əməliyyat cərrah məcbur olaraq nazik bağırsağın bir hissəsini də kəsməli olub.

Hazırda uşağın vəziyyəti stabildir.

Femida.az

Açar sözlər:

Oxunub: 775