Şeyxin rəhbərlik etdiyi nümayəndə heyəti Çeçenistanda səfərdədir


11:48     23 Avqust 2019 19_08_23_1566546532.jpg

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 23-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərə yola düşüb.



Qafqaz Müsəlmanları İdarəsindən Femida.az-a verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının daxil olduğu nümayəndə heyəti Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimlərdə iştirak edəcək. Çeçenistanda keçiriləcək tədbirlər sırasında Ramzan Kadırovun adını daşıyacaq yeni məscid binasının açılışı baş tutacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə avqustun 22-də Bakı şəhərində keçirilmiş "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfransda iştirak etmiş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Useymin də Azərbaycan nümayəndə heyəti ilə bərabər Qroznıya səfərdə iştirak edir.

Açar sözlər:

Oxunub: 507