Mobil operatorlar 500 milyona yaxın gəlir əldə edib - 7 ayda


10:51     27 Avqust 2019 19_08_27_1566888772.jpg


2019-cu ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 196,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,2 faizi əhali tərəfindən istehlak olunub.


Femida.az-ın məlumatına görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 497,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 503