Həyətində çətənə becərən Xaçmaz sakini tutuldu (FOTO)
13:24 02 Sentyabr 2019
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini, əvvəllər məhkum olunmuş Vilayət Həsənov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan yaş çəkisi 7 kiloqram 965 qram təşkil edən çətənə kolları aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı Vilayət Həsənov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Femida.az
Oxunub: 575
Oxşar xəbərlər
- Həyətində toy edən cərimələndi
- Həyətində 74 nəfərlik toy məclisi keçirən şəxs cərimələnib
- Həyətində çətənə əkən keçmiş məhkum tutuldu
- Həyətində narkotik becərən Xızı sakini saxlanıldı
- Həyətində narkotik əkən şəxs saxlanıldı
- Həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
- Həyətində xaş-xaş əkən şəxs saxlanıldı
- Həyətindən 120 kiloqrama yaxın narkotik çıxdı - Foto
- Həyətində çətənə əkən Gəncə sakini saxlanıldı
- Həyətində narkotin becərən şəxs saxlanılıb - FOTO