Boris Consonun qardaşı nazir vəzifəsindən istefa verib


18:15     05 Sentyabr 2019 19_09_05_1567685036.jpg

Böyük Britaniyanın Baş Naziri Boris Consonun kiçik qardaşı Co Conson nazir vəzifəsindən və Mühafizəkarlar Partiyası üzvlüyündən istefa verib.

Femida.az -ın xəbərinə görə, bu barədə C. Conson “Twitter”də bildirib.

C. Conson ailədaxili məsələlərlə beynəlxalq münasibətlər arasında qaldığı üçün bu qərarı verdiyini açıqlayıb.


O, Brexit məsələsində qardaşından fərqli olaraq, ölkəsinin Avropa İttifaqında qalmağının tərəfdarıdır.

Qeyd edək ki, B. Conson qardaşını iki ay öncə Universitetlər və elmi məsələlər üzrə nazir vəzifəsinə təyin edib.

Açar sözlər:

Oxunub: 548