Dörd gün əvvəl itkin düşən kişinin asılmış meyiti tapıldı


20:16     05 Sentyabr 2019 intihar118.jpg

Qaxda dörd gün əvvəl evdən çıxıb geri qayıtmayan 82 yaşlı kişi meşədə asılı vəziyyətdə tapılıb.

Qax rayonu Ləkit kənd sakini, 1937-ci il təvəllüdlü Aslan Nuru oğlu Ağamalıyevin meyiti yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında meşəlik ərazidə ağacdan asılı vəziyyətdə tapılıb.

Qeyd edək ki, A. Ağamalıyev sentyabr ayının 1-i səhər saatlarında evdən fındıq yığmaq adı ilə evdən çıxıb və bir də geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 532