Rafael Ağayev Tokioda finalda: Rəqib yenə yapondur


18:18     06 Sentyabr 2019 19_09_06_1567771703.jpg

Rafael Ağayev (-75 kq) Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib.


Femida.az xəbər verir ki, bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşdən olan rəqiblərini məğlub edən R.Ağayev yarımfinalda ukraynalı idmançıdan üstün olub.

Bazar günü həlledici görüşdə rəqib həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nishimura (Yaponiya) olacaq.

Yarışın ilk günü daha üç idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurub.

Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu turnirinin 5-ci mərhələsi Olimpiadada karate yarışlarının keçiriləcəyi Nİppon Budokan idman zalında təşkil olunub.

Açar sözlər:

Oxunub: 590