35 yaşlı kişi dənizdə boğulub


14:09     07 Sentyabr 2019 big_1404314237_bogulma.jpg

Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb.


Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən Femida.az
-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 561