Rafael Ağayev finalda uduzdu


19:30     08 Sentyabr 2019 rafael_agayev_karate.jpg

Rafael Ağayev Yaponiyanın paytaxtı Tokioda keçirilən karate üzrə Premyer Liqa yarışında gümüş medal qazanıb.

Femida.az xəbər verir ki, beşqat dünya çempionu finalda yaponiyalı Ken Nishimura ilə qarşılaşıb.

Bərabər səviyyədə keçən görüşdə hesab açılmasa da, hakimlər qələbəni yerli idmançıya verib.

Qeyd edək ki, Azərbaycanın digər dünya çempionu İrina Zaretskaya (-68 kq) isə finalda fransalı Alizee Aqyeyə 3:0 qalib gələrək qızıl medal qazanıb. Ayxan Mamayev (-84 kq) isə qazaxıstanlı İqor Çixmarevə 3:2 qalib gələrək bürünc medala yiyələnib.

Femida.az

Açar sözlər:

Oxunub: 605