Yaponiyada tayfun nəticəsində ölən və yaralananlar var


14:53     09 Sentyabr 2019 2019/09/b5b5f44d-5e3a-4f99-8552-47fcc08d620c_1568026436.jpg

Ötən gecə Tokio və ətraf bölgələrdə “Faksai” tayfunu üzündən 2 nəfər ölüb, 60-dan çox xəsarət alıb, 26 bina zədələnib, 930 minədək mənzil müvəqqəti olaraq elektrik təchizatından məhrum olub.

Femida.az NHK televiziyasına istinadən xəbər verir ki, bu mövsümün sayca 15-ci olan “Faksai” tayfunu hazırda Yaponiyanın şimal-şərq sahilləri boyu şimal-şərq istiqamətində 30 kilometr/saat sürətlə irəliləyir.

Həmçinin Tokio yaxınlığındakı Tiba əyalətində leysan yağışları nəticəsində torpaq sürüşməsi baş verib. Bu gün paytaxt məktəblərində dərslər keçirilmir. Əlverişsiz hava şəraiti üzündən 50-dək təyyarə reysinin təxirə salındığı da bildirilir.

Açar sözlər:

Oxunub: 741