Hindistanda dini ayin zamanı 11 nəfər öldü


11:10     13 Sentyabr 2019 2019/09/tecili_hindistan_1568358682.jpg

Hindistanın mərkəzi Madxya-Pradeş ştatında keçirilən festivalda dini ayinin icrası zamanı faciə baş verib.


Femida.az xəbər verir ki, ayin çayda icra olunarkən qayıq aşıb və 11 nəfər suya qərq olub. Məlumata görə, 5 nəfəri xilas etmək mümkün olub.

Xilasedicilər tərəfindən meyitləri axtarılanlar da var.

Qeyd edək ki, ölkə üçün mühüm olan bu festival 10 gün davam edir və Qaneş tanrısına həsr olunub.

Açar sözlər:

Oxunub: 490