Mobil rabitə sektorunun gəlirləri yarım milyard manatı ötüb
16:31 13 Sentyabr 2019
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 579 mln. manat təşkil edib.
Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,87% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,4%-ni təşkil edib.
Komitədən o da bildirilib ki, bu ilin 8 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1397,2 mln. manatlıq xidmət göstərilib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 17,6% artıb. Bu sahədə əldə olunan gəlirin 83%-i qeyri-dövlət sektorunun payına düşüb.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Mobil telefona görə imtahandan xaric edildi
- Mobil operatorların şüaları ilə bağlı 17 şikayət daxil olub
- Mobil telefonlar gömrükdə yazılı formada bəyan ediləcək
- Mobil telefonla baş etibarnamə verilməsi mümkün oldu
- Mobil telefonları gizli yolla ölkəyə keçirməyə çalışdılar
- Mobil telefonları gizlədərək keçirməyə cəhd etdi
- Mobil məhkəmə tətbiqi rəsmən istifadəyə verilib
- Mobil Babayev və Ruhəngiz Qasımova təltif edilib
- Mobil operatorlar 500 milyona yaxın gəlir əldə edib - 7 ayda
- Mobil operatorlar 4 ayda milyonlar qazandı