Sarkisyanın qardaşı barədə həbs qərarı verildi


20:05     13 Sentyabr 2019 19_09_13_1568390020.jpg

2018-ci ilin iyulunda İnterpol tərəfindən beynəlxalq axtarışa verilən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Femida.az -ın “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə İstintaq Komitəsinin Mətbuat xidmətinin rəhbəri Naira Arutunyan məlumat yayıb.

Onun sözlərinə görə, L. Sarkisyan “Şimal-Cənub” yolunun tikintisi zamanı qanun pozuntularına yol verməkdə ittiham olunur. Bildirilir ki, o, qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırılır.

Ona qarşı 2 maddə ilə cinayət işi açılıb. İstintaq işi davam edir.

Qeyd edək ki, Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.

Açar sözlər:

Oxunub: 640