Generallar vətəndaşları qəbul edəcək
11:37 24 Sentyabr 2019
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev sentyabrın 27-də saat 10:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küç. 213) Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.
Femida.az xəbər verir ki, həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Neftçala rayon Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev pr. 242), Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev pr. 34) Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbullar zamanı yalnız Biləsuvar, İmişli, Neftçala və Cəlilabad rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-02-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Femida.az
Oxunub: 623
Oxşar xəbərlər
- Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib
- Generallar həlak olan hərbçilərin məzarlarını ziyarət ediblər - FOTOLAR
- Generallar xüsusi təyinatlılarının təlimini izləyib - VİDEO
- Generallar toplandı - Zakir Həsənov müşavirə keçirdi
- Generallarımız Qusara getdi - Müşavirə keçirilib
- Generallar yenidən sərhəddəki vəziyyəti yoxladı
- Generallar sərhəddəki vəziyyəti yoxladı - FOTOLAR
- Generallar sərhəddəki vəziyyəti yoxladı - FOTOLAR
- Generalların iştirakı ilə seminar keçirilib
- Generallar Qarabağı müzakirə edib