Lavrov Qarabağla bağlı danışıqların pozulduğunu təsdiqlədi


20:33     02 Oktyabr 2019 19_10_02_1570035040.jpg

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı danışıqların pozulduğunu təsdiqləyib.


Femida.az -ın məlumatına görə, o, “Valday” Beynəlxalq Müzakirə Klubunun Soçidə keçirilən XVI illik toplantısında çıxış edərkən Dağlıq Qarabağ ətrafında vəziyyətin nizama salınması üzrə siyasi prosesin tormozlandığını, bu istiqamətdə irəliləyişə nail olmağın hələlik mümkün olmadığını bildirib.

“Son vaxtlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır, baş verənlər elə də böyük deyil. Həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib. Tutulan şəxslərin mübadiləsi hazırlanır - çox az, kiçik miqdarda, amma buna baxmayaraq, hansısa proseslər gedir. ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dost münasibətində işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprelində mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Dağlıq Qarabağdakı vəziyyətə gəlincə, deyərdim ki, bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Amma siyasi proses tormozlanıb və hələlik bu tormozlanmadan çıxmaq mümkün olmur", - deyə S.Lavrov qeyd edib.

XİN rəsmisi Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmədiyini bildirib.

“Biz əlimizdən gələni edəcəyik ki, bu baş verməsin”, - deyə S. Lavrov fikrini yekunlaşdırıb.

Açar sözlər:

Oxunub: 810