Rafael Cəbrayılovun deputat toxunulmazlığına xitam verildi
13:21 03 Oktyabr 2019
Mərkəzi Seçki Komissiyasının (MSK) Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərarı bu gün qüvvəyə minib.
Femida.az xəbər verir ki, R.Cəbrayılovun mandatına xitam verilməklə bu gündən onun deputat toxunulmazlığı da götürülmüş hesab edilir.
Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib. MSK-nın oktyabrın 2-də keçirilən iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.
Femida.az
Oxunub: 550
Oxşar xəbərlər
- Rafael Cəbrayılovun cinayət işində zərərçəkmişlər məhkəməyə məcburi gətiriləcək
- Rafael Cəbrayılovun həyat yoldaşı məhkəmədə çıxış edib
- Rafael Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır
- Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
- Rafael Cəbrayılov villasını 1,5 milyona satışa çıxardı - VİDEO
- Rafael Ağayev Moskvada qalib oldua
- Rafael Ağayev Moskvada finala çıxıb
- Rafael Cəbrayılovun mandatı ləğv edildi
- Rafael Cəbrayılova cinayət işi açılacaq? - Baş prokuror danışdı
- Rafael Ağayev finalda uduzdu