İnterpol bu azərbaycanlını axtarır


21:45     03 Oktyabr 2019 19_10_04_1570133231.jpg

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Femida.az-ın məlumatına görə, terror qruplaşması ilə əməkdaşlıqda təqsirli bilinən, 1981-ci il təvəllüdlü Elşad Mahmudov barəsində Rusiya hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Məhkəmə E.Mahmudovun barəsində həbs qətimkan tədbiri seçdikdən sonra o İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 456