Atasının bank kartından oğurluq etdi


13:45     04 Oktyabr 2019 bankomat.jpg

Salyanda bank kartlarından oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Salyan RPŞ-yə müraciət edən rayon sakini T. Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının bank hesabından 1300 manat çıxararaq oğurlaması da müəyyən edilib.
Femida.az

Açar sözlər:

Oxunub: 549