Koçaryan həbsdən Putinə məktub göndərdi


12:29     07 Oktyabr 2019 19_10_07_1570436159.jpg

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Azvision.az “aysor.am”a istinadla xəbər verir ki, bu barədə sabiq prezidentin ofisindən məlumat verilib.

Rusiya prezidentini doğum günü münasibətilə təbrik edən Koçaryan ona möhkəm cansağlığı və Rusiyanın rifahı üçün böyük uğurlar arzu edib.

Qeyd edək ki, bu gün Vladimir Putinin ad günüdür. Rusiya prezidentinin 67 yaşı tamam olur.

Açar sözlər:

Oxunub: 604