44 min il əvvələ aid mağara aslanının cəsədi tapıldı


18:18     11 Oktyabr 2019 19_10_11_1570796361.jpg

Sibirdə aparılan qazıntılar zamanı nəsli 13 min il əvvəl tükənən iki Avrasiya mağara aslanının qalıqları kəşf edilib. Femida.az -ın məlumatına əsasən, qazıntılar dünyanın ən soyuq ərazisi olan Yakutiyada aparılıb. Aslanların cəsədi bir-birindən 10 metr aralı olub.
Alimlər tərəfindən Sparta adlandırılan aslanın birinin 26 min, Boris adlandırılanın isə 44 min il əvvəl öldüyü ehtimal edilir. İlkin versiyaya görə heyvanlar mağarada qayanın çökməsi səbəbindən ölüblər.
Qeyd edək ki, bu heyvan növünün nəsli 13 min il əvvəl tükənib.
Hazırda alimlər genetic üsullarla bu aslan növünü bərpa etməyə çalışırlar.


Açar sözlər:

Oxunub: 456