Cavid Qurbanov avstriyalı nazirlə görüşdü
13:50 12 Oktyabr 2019
“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Femida.az
xəbər verir ki, sədr Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə danışıb. O, bildirib ki, coğrafı mövqeyinə rəğmən beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir.
Bakı-Tbilisi-Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi təkcə iştirakşı ölkələrin deyil, eləc də digər region ölkələrinin inkişafında əhəmiyyətli rol oynayacaq, ölkələrimizin iqtisadi-ticarət əlaqələrini genişləndirəcək.
Görüşdə Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq.
Müzakirələr zamanı ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Femida.az
Oxunub: 489
Oxşar xəbərlər
- Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
- Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib
- Cavid Qurbanov İranın Azərbaycandakı səfiri ilə görüşüb
- Cavid Qurbanov videokonfrans keçirdi
- Cavid Hüseynov "Qəbələ"dən ayrıldı
- Cavid Qurbanov Koreyada səfərdədir
- Cavid Qurbanov qazaxıstanlı həmkarı ilə görüşdü
- Cavid Qurbanovun rəis qardaşı istefa verdi
- Cavidlə Elvinə 100 min “atıb”lar
- Cavid Qurbanov vəzifədən gedir? - "Dəmir Yolları" AÇIQLADI