Yaponiyada tufan 53 nəfərin ölümünə səbəb olub
18:12 14 Oktyabr 2019
Ötən şənbə günü Yaponiyanın mərkəzi və şərqi rayonlarında müşahidə olunan “Haqibis” tufanı nəticəsində ən azı 53 nəfər ölüb.
Femida.az -ın TASS-a istinadən verdiyi məlumata görə, zərərçəkənlərin sayının artacağı bildirilir. Belə ki, tufan nəticəsində itkin düşən 16 nəfərdən hələ də xəbər yoxdur.
Evindən təxliyə olunmuş 30 min nəfər isə hələ də sığınacaqlarda yaşamağa məhkumdur. Bu barədə Yaponiyanın Baş Naziri Sindzo Abe bildirib.
Təbii fəlakətin vurduğu zərəri aradan qaldırılması işlərinə Müdafiə Nazirliyinin şəxsi heyəti də cəlb edilib. Hava limanı və dəmiryolu isə adi rejimdə fəaliyyət göstərir.
Oxunub: 656
Oxşar xəbərlər
- Yaponiyada azərbaycanlılar üçün "qaynar xətt" yaradıldı
- Yaponiyada qasırğa qurbanlarının sayı 18 nəfərə çatıb
- Yaponiyada tayfun nəticəsində ölən və yaralananlar var
- Yaponiyada sel fəlakəti - Fotolar
- Yaponiyada Asama vulkanı püskürməyə başladı
- Yaponiyada avtobus insanlara çırpıldı, ölü və yaralılar var
- Yaponiyada 5,8 bal gücündə zəlzələ olub
- Yaponiyada güclü zəlzələ - 6,2 bal
- Yaponiyada zəlzələ olub
- Yaponiyada zəlzələ