Bizi 23 yaşında tərk edən Əbdülməcid — Aprel Şəhidimizin doğum günüdür


10:27     15 Oktyabr 2019 2019/10/Ebdulmecid-axundov_1571120949.jpg

Bu gün aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun doğum günüdür.

Yaşasaydı 26 yaşı olacaqdı. Əbdülməcid Axundov 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O, məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetində ali təhsil alıb.Ali təhsilini başa vurandan sonra Əbdülməcid 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əbdülməcid Axundov 2016-cı ilin aprelində baş vermiş toqquşmalarda şəhid olub. 9 aprel tarixində Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunub.

Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilmiş,adına mükafat təsis olunub.Şəhidin haqqında film çəkilib.

Femida.az xəbər verir ki, Şəhidin anası Ceyran Axundova bu günlə bağlı sosial şəbəkələrdə ürəkdağlayan paylaşım edib.

Sənsiz keçən doğum günündü bu gün...cansız şəklinə deyirəm: "Ad günün mübarək, Məcid"...əbədi 23 yaşlı balam ..yaşasaydın 26 yaşını qeyd edəcəkdik...sənsiz bu günü qeyd etmək mənimçün çox ağırdı...nur üzlü Şəhid balam..












Miri Məcidli
Femida.az

Açar sözlər: #aprel_Şəhidi   #Əbdülməcid_Axundov   #Femida_az   #Miri_Məcidli  

Oxunub: 5366