Terrorçular Suriyadan Türkiyəyə top atıb - 2 dinc sakin ölüb


15:11     15 Oktyabr 2019 terror5.jpg


Terrorçu PKK/YPG-PYD-nin Suriyanın Dərbəsiyyə bölgəsindən Türkiyənin Mardin əyalətinin Kızıltepe rayonuna top mərmisi ilə etdiyi hücum nəticəsində 2 sakin şəhid olub, 12 nəfər yaralanıb.


Femida.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, top mərmisi Kızıtepe rayonunun Taşlıca məhəlləsinə düşüb.

Suriyanın bu ərazi PKK-nın nəzarət altındadır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Femida.az

Açar sözlər:

Oxunub: 476