Aİ-nin xüsusi nümayəndəsi İrəvana gəlib


16:22     16 Oktyabr 2019 2019/10/toivo-1571228242_1571228646.jpg

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana səfər edib.

Femida.az xəbər verir ki, bu barədə o, özünün Tvitter səhifəsində yazıb.

“İrəvana iki günlük səfərim başlayır. Burada hökumət üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri və digər şəxslərlə görüşlərim olacaq".

Xatırladaq ki, Klaarın oktyabrın sonunda Azərbaycana da səfəri planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 492