Terrorçular atəşkəsi pozdu - Türk əsgəri Suriyada şəhid oldu


11:21     20 Oktyabr 2019 19_10_20_1571555645.jpg

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında bir türk əskərinin şəhid olduğunu, digərinin isə yaralandığını açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamada bildirilib ki, hadisə Tel Abyad bölgəsində terrorçuların atəşkəsi pozması nəticəsində baş verib.

Türk ordusu cavab atəşi ilə qarşı tərəfi susdurub.

Qeyd edək ki, Türkiyə ilə ABŞ arasındakı razılaşmaya əsasən, 120 saatlıq atəşkəs imzalanmış, buna uyğun olaraq terrorçular Türkiyənin müəyyən etdiyi təhlükəsiz bölgəni tərk etməli idilər. Amma PKK/YPG/PYD silahlıları ara-sıra atəşkəs rejimini pozaraq anlaşmaya əməl etmirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 683