Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək


11:10     22 Oktyabr 2019 19_10_22_1571728225.jpg

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək.



Femida.az -ın Türkmənistan Dövlət İnformasiya Agentliyinə (TDX) istinadən verdiyi xəbərə görə, səfər zamanı Q. Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə qatılacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Açar sözlər:

Oxunub: 502