Dünyanın ən varlı insanı bir gündə 6,9 milyard dollar itirib


19:25     25 Oktyabr 2019 19_10_25_1572008708.jpg


Forbes jurnalının illik reytinqində liderlik edən "Amazon" internet-reteylerinin qurucusu və rəhbəri Ceff Bezos kompaniyanın kotirovkalarının ucuzlaşması səbəbindən bir gündə 6,9 milyard dollar itirib.


Femida.az AZƏRTAC-a istinadən bildirir ki, "Amazon" dünən üçüncü kvartalda gəlirlərinin hesabatını təqdim edib. Göstəricilər proqnozlardan aşağı olub və bunun nəticəsində kompaniyanın səhmləri 9 faiz enib.

"Amazon"un 57,6 milyon səhmi Bezosa məxsusdur. Əgər səhmlər ucuzlaşmaqda davam edərsə, Bezosun dünyanın ən varlı insanları siyahısında birinci yeri Bill Qeytsə keçə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1748