Polisin daha bir uğurlu əməliyyatı - 21 şübhəli şəxs TUTULDU


12:23     01 Noyabr 2019 2018/02/polis_yeni_1518511611.jpg

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 17 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Polis   #Həbs  

Oxunub: 1372