İstirahət günlərinin havası


19:19     01 Noyabr 2019 yagis%20ya.JPG


İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 3-də gündüz hava, əsasən, yağmursuz keçəcək, arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-18, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, mülayim şərq küləyi əsəcək, havanın maksimal temperaturu 15-18, dağlıq rayonlarda 7-10 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 15-19 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Femida.az

Açar sözlər: #hava  

Oxunub: 552