Sabunçuda faciəvi olay: Maşının altında köməksiz qalan kişi öldü


09:55     02 Noyabr 2019 19_11_02_1572674237.jpg


Bakı sakini ehtiyatsızlıqdan faciəli şəkildə ölüb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #Opel   #FHN   #ölüm  

Oxunub: 508