Bakı-Gəncə sürət qatarının hərəkət cədvəli dəyişdirilir


13:42     04 Noyabr 2019 04403-qatar9.jpg


Qış mövsümünə keçidlə əlaqədar Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.


"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, qurum həmin istiqamətdə qatarların qrafikini yeniləyib. Belə ki, noyabrın 12-dən etibarən 702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı yeni cədvələ uyğun hərəkət edəcək.

Qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.

Femida.az

Açar sözlər: #Gəncə   #qatar  

Oxunub: 618