Vitrində bir, kassada başqa qiymət: Alıcı nə etməlidir?
12:16 05 Noyabr 2019
Bir çoxlarımız mağazalarda məhsulun üzərindəki qiymətlə qəbzdə olan qiymətin fərqli olması mənzərəsinə rast gəlirik .
Kassadan verilən qəbzlə malın üzərində yazılan qiymət arasında fərq varsa, bu, qanunun pozulması deməkdir.
Bəs belə olan halda müştəri nə etməlidir?
Belə olan halda alıcı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Istehlakçıların hüquqlarının qorunması ilə bağlı qanunvericilkdə və İnzibati Xətalar Məcəlləsində cərimələr və cəzalar yer alıb.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 447-ci maddəsində istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
O cümlədən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə, səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir (445.1.)
Hazırladı: Miri Məcidli
Femida.az
Oxunub: 2642
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"