Sabunçuda iki ev yanıb


09:09     08 Noyabr 2019 19_11_08_1573189812.jpg

Bakının Sabunçu rayonunda yanğın olub.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Sabunçu rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və yaxınlıqdakı ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Açar sözlər:

Oxunub: 428