Nəvəsi yaşda qızla əxlaqsızlıq edən “ağsaqqal” – Əli Kərimli kimi müdafiə edir?


13:31     09 Noyabr 2019 2019/11/spt-420916388_1573291824.jpg

Bir neçə gündür ki, əxlaqsızlıq videosu ilə müzakirəyə səbəb olan Milli Şuranın “ağsaqqalı” Vidadi Mirkamalın bu hərəkəti insanlar tərəfindən böyük əxlaqsızlıq və tərbiyəsizlik kimi qəbul edilib.


Əslində bu belə də qəbul edilməlidir. Çünki yaşlı bir kişinin nəvəsi yaşında bir qızla eşq yaşaması, ona intim xarakterli səslər göndərməsinin başqa nə adı ola bilər ki? Belə bir hərəkəti edən insanı müdafiə etmək kimin ağlına və mənəviyyatına sığışar?. Bu işdə də Əli Kərimli önə düşərək əxlaqsız videosu ilə “qəhrəman” olan “ağsaqqal”larını müdafiə etməyə başlayıb. Ə.Kərimli facebook profilində paylaşım edərək onu əqidə dostu adlandırıb. Kərimli bu dəfə də özünü yandırdı. Onun əqidə dostu əxlaqsızlığı ilə insanların hiddətinə səbəb olmuş biri olacaqsa, deməli Kərimli də eyni əxlaqa sahib biridir.


Əli Kərimlinin statusundan bir neçə nümunəyə diqqət edək.


“Dostlar, Vidadi müəllim mənim təkcə əqidə dostum, MŞ KM-dəki həmkarım deyil, həm də Bakı Dövlət Universitetində müəllimim olub. Vidadi müəllim uzun illər ərzində hüquq fakultəsində dekan müavini, hüquq fakultəsinin ən hörmətli müəllimlərindən biri olub. Hüquq fakultəsində 25 il mühazirə oxuyub. Xeyli müddət Ali Arbitraj Məhkəməsinin sədr müavini işləyib...”
Burada belə bir sual ortaya çıxır. Bu qədər titulu, nüfuzu olan bir adamın müdafiəçisi qismində Kərimli niyə çıxış etsin?
Kərimlinin müdafiə etdiyi bu “ağsaqqal” həmin qıza intim mesajlar, səslər yox, öyüd-nəsihət verməli, əxlaqa dəvət etməli, ailəsinə sadiq olmağa çağırmalı idi. Amma əksinə, o, ərdə olan gənc qadını müxtəlif yollarla aldadaraq, özü ilə yaxınlığa sövq edir...

Əli Kərimlinin, Milli Şuranın müdafiə edib, başlarına “ağsaqqal” seçdikləri budurmu?





Daha sonra Ə.Kərimli statusunda yayılan biabırçı səs yazısının saxta, montaj olunduğunu bildirir.Səs yazısının saxta olmasına heç bir şübhə yoxdur. Çünki texnologiya nə qədər inkişaf etsə belə bu qədər fikirləri, ardıcıl cümlələri montaj edərək həmin şəxsə məxsus səslə səsləndirmək iqtidarında deyil. Kərimli özü də yaxşı bilir ki, bu əxlaqsızlıq onun “ağsaqqal” hesab etdiyi Vidadi Mirkamala məxsusdur. Amma bu dəfə də o klounluq funksiyasını üzərinə götürür və səhnəyə kukla simasında atılır. Ə.Kərimlinin nəzərinə çatdırım ki, səs yazılarının həqiqiliyini sübut etmək üçün üsullar mövcuddur. Yayılan səs yazılarının saxta olduğunu iddia edən tərəf buyurub bu üsuldan istifadə edə bilər.

Qeyd olunan biabırçı videodan sonra sosial şəbəkələrdə Milli Şura insanlar tərəfindən “Əxlaqsızlıq Şurası” deyə adlandırılıb. Bunu deyənlər həqiqətən də yanılmayıb. Ortada konkret faktlar var. Əli Kərimlidən, oğlundan tutmuş yarımçılpaq rəqs edən gənc qız Fatimə Mövlamlının gedib məhz Əli Kərimliyə qoşulması kimisə təəccübləndirə bilərmi?



Femida.az


Açar sözlər: #Əli_Kərimli   #Vidadi_Mirkamal   #intim_video  

Oxunub: 3474