Həbsdə olan xalası oğluna telefon gətirdi, amma...
10:10 12 Noyabr 2019
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən həbs edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Məmmədov Yaşar Nadir oğlu ilə qısamüddətli görüşə getmiş xalası oğlu, Bakı şəhər sakini Sultanov Bahəddin Abdulla oğlunun üzərinə və apardığı sovqata baxış keçirilən zaman əynində olan gödəkcənin cibində gizlədilmiş daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 378
Oxşar xəbərlər
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- Penitensiar xidmət Saleh Rüstəmovun son durumunu açıqlayıb
- Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
- Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı
- Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib
- Şorun içində həbsxanaya narkotik keçirmək istədi
- Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
- Penitensiar xidmət qətlə yetirildiyi iddia edilən məhkumun ölüm səbəbini açıqlayıb
- Fəxrəddin Abbasov həbsxanada intihar edib
- Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb