Dünyanın ən məşhur robotları Bakıya gələcək


16:52     12 Noyabr 2019 2019/11/845dcaa24098e26_1573563232.jpg

Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq.


Femida.az-ın sərgi təşkilatçılarına istinadən verdiyi məlumata görə, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robot pianoçu yer alıb. Həmçinin “Robopark”da müxtəlif sumo, güləş və dron yarışları, kosmo-zona və 20-dən çox digər interaktiv zonalar təşkil olunacaq.

Qeyd edə ki, sərgi 3-6 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 607