40 yaşlı kişi 6 manat üstündə tanışını qətlə yetirdi


09:52     15 Noyabr 2019 19_11_15_1573797239.jpg


Balakən rayonunda qətl hadisəsi baş verib.


Rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb.

Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Z.Layıcov şübhəli şəxs qismndə saxlanılıb.

Femida.az

Açar sözlər: #Balakən   #qətl  

Oxunub: 419