Dini liderlərin Bakı Bəyannaməsi qəbul edildi


12:08     15 Noyabr 2019 19_11_15_1573805452.jpg


Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.

Femida.az-ın xəbərinə görə, yekun sənəddə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi xüsusi vurğulanıb.

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq ifadə olunub.

Eyni zamanda Bakı Bəyannaməsində Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni abidələrin dağıdılması pislənilib.

Yekun sənəddə terrorçuluğa və ekstremizə qarşı effektiv mübarizənin aparılmasına, habelə silahlı münaqişələr nəticəsində yaranmış miqrant probleminin həllinin vacibliyinə toxunulub.

Sammit ərzində səsləndirilmiş fikir və təkliflər əsasında gəlinmiş qənaətlər yekun sənəddə müddəalar şəklində əksini tapıb.

Femida.az

Açar sözlər: #din  

Oxunub: 453