Vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib


17:09     16 Noyabr 2019 2019/11/282647C5-2054-4E4F-89C7-06BC0DEDA507_1573909821.jpeg

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından Femida.az-a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində noyabrın 16-da kollegiyanın təşəbbüsü ilə Cəlilabad və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

“BHM və partnyorları” vəkil bürosu tərəfindən Heydər Əliyev Mərkəzində 50-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib. Vəkillər vətəndaşların problemləri ilə tanış olub, onlara müvafiq məsləhətlər veriblər. Həmçinin vətəndaşların müraciət etdikləri məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da müntəzəm təşkil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 988