Rusiyanın Uzaq Şərqdəki Su-34 aviasiya alayı gəmi əleyhinə raketlər alıb


18:23     17 Noyabr 2019 raket%20erebisan8.jpg

Rusiyanın Uzaq Şərqdə yerləşən Su-34 aviasiya alayının cəbhə bombardmançıları X-35U gəmi əleyhinə raketlər alıblar.

Femida.az xarici KİV-lərə isitnadən xəbər verir ki, uçuş məsafəsi 260 kilometr olan raketlər yalnız düşmən gəmilərini deyil, həm də yerüstü hədəfləri məhv edə bilir.

Hərbi mütəxəssislərin fikrincə, Su-34 alayının X-35U ilə döyüş tapşırığını yerinə yetirməsi Rusiya Asiya və Sakit Okean bölgəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətlərini əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, Su-34-ün özü 4,5 min km-ə qədər uçuş məsafəsinə sahibdir.

Açar sözlər:

Oxunub: 511